AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Qızılgül suyu termal duzla

Qızılgül suyu termal duzla

Dərinin təmizlənməsi, nəmləndirilməsi və möhkəmləndirilməsi üçün təbii qızılgül suyu – termal duzla

Faydalı təsirlərindən vaxtı ilə qədim yunanların və romalıların istifadə etdikləri təbii qızılgül suyu qızılgül ləçəklərinin yavaş-yavaş distillə olunması yolu ilə alınır, bu proses qədim Fars ölkəsində işlənib hazırlanmışdır. Qızılgül suyu müstəsna dərəcədə nəmləndirici, möhkəmləndirici və iltihab əleyhinə xüsusiyyətləri ilə məşhurdur. O, pH səviyyəsini tarazlaşdırır və qırışların yaranmasının qarşısını almağa kömək edir. O həmçinin qıcıqlanan dərini sakitləşdirir və sağalma prosesini sürətləndirir. Bu su bütün dəri tipləri üçün – ən çox isə quru və həssas dəri üçün yarayır. Orijinal termal duzun əlavə olunması dərinin qan dövranını təbii surətdə gücləndirir, onun təzələnməsinə və bərpasına şərait yaradır. Sutkanın istənilən vaxtında istifadə üçün tövsiyə olunur: səhər çağı kremin və ya makiyajın alt qatı qismində, gündüz vaxtı dərinin təravətləndirilməsi üçün (məsələn, müəyyən müddət kondisionerli otaqda qaldıqdan sonra və ya yay aylarında), axşam vaxtı isə makiyaj silindikdən sonra dərinin yekun təmizlənməsi üçün istifadə edilə bilər.

Termal duz ilə birlikdə qiymətli qızılgül suyu dərinin nəmləndirilməsinə, bərpasına və möhkəmləndirilməsinə şərait yaradır. Səhərlər kremin alt qatı qismində, gündüzlər dərinin təravətləndirilməsi üçün, axşamlar isə dərinin yekun təmizlənməsi üçün istifadə edin.  

 

KOD: 445059


215 ml.
22.00   AZN

Say:


Oxşar mallar
Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.