AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Gözətrafı dərinin təravətləndirilməsi üçün balzam

Gözətrafı dərinin təravətləndirilməsi üçün balzam

Tərkibində qiymətli təbii inqrediyentlər olan gözətrafı dərinin təravətləndirilməsi üçün balzam gözlərin ətrafındakı zərif dəriyə mütəmadi qulluq üçün nəzərdə tutulub. O, dərinin vaxtından əvvəl qocalmasına qarşı mübarizə aparır və öncə göz nahiyəsində meydana çıxan və ən çox nəzərə çarpan qocalma əlamətlərini minimuma endirir. Mütəmadi yatmaqla, makiyajın tam silinməsi ilə və düzgün pəhriz rejimi ilə birlikdə kosmetikadan istifadə etməklə dəriyə keyfiyyətli qulluq qocalma prosesini əhəmiyyətli dərəcədə yavaşıda bilər.
Balzam hindqozu, badam, şi, makadamiya və ərik yağları kimi qidalandırıcı bitki yağlarına əsaslanır və yulaf beta-qlükanı, dəniz yosunları, ravənd cövhəri, allantoin, pantenol və E vitamini ilə zənginləşdirilib.
Təbii hidratlaşma prosesini stimullaşdıran qiymətli yulaf beta-qlükanı və ravənd cövhəri dərini zəruri nəmliklə təmin edir.
Dəniz yosunları nazik qırışları hamarladır, göz nahiyəsini möhkəmləndirir və bərkidir, E vitamini isə dərini ətraf mühitin əlverişsiz təsirlərindən qoruyur. Allantoin və pantenol sakitləşdirici keyfiyyətlərə malikdirlər.
Gözətrafı dəri üçün balzamın tərkibində boyaq maddələri və neft məhsulları yoxdur, o, allergiya doğurmayan yüngül qoxu ilə müşayiət olunur və bütün növ dərilərə keyfiyyətli qulluğu təmin edir.

KOD: 448069


15 ml.
22.90   AZN

Say:

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.