AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Pilinq "Qızılgül"

Pilinq "Qızılgül"

Tərkibində termal Çexiya duzu, təbii qızılgül cövhəri, buğda cücərtilərinin cövhəri, kaolin, pantenol və ərik çəyirdəkləri olan unikal duş pilinqi qocalmış və buynuzlaşmış hüceyrələri kənarlaşdırır və dərini elastik, yumşaq və zərif edir.
Kurort müalicəsində istifadə olunan termal Çexiya duzu dərinin təzələnməsinə kömək edir, qan dövranını stimullaşdırır və sakitləşdirir. Dəri hamarlaşır, səthi düz olur və qəşəng sağlam rəng alır.
Buğda toxumlarının yağı və qliserin dərini yumşaldır, su ilə təmas zamanı həddən artıq qurumaqdan xilas edir. Çox xırda çatların və zədələrin sağalması üçün Çexiya skrabının tərkibinə müalicəvi pantenol daxildir, o, iltihab əleyhinə və bərpaedici xüsusiyyətlərə malikdir.
Pilinqin heyranedici ətri və çox gözəl düşünülmüş konsistensiyası dərinin təmizlənməsinə əla yarayır. Krem-pilinqi nəm bədənə sürtün və massaj hərəkətləri vasitəsilə problemli nahiyələri ovxalayın. Dərhal əla effekti görəcək və hiss edəcəksiniz – ərik çəyirdəklərinin hissəcikləri əla mexaniki cilalamanı həyata keçirir, təbii termal duzun kristalları isə dərini hamarlayıb xırda qüsurlarını aradan qaldırır. Yumşaq, zərif krem konsistensiyası bu müddətdə faydalı yağların və mineralların dəriyə nüfuz etməsinə kömək edir, lüzumsuz çirkləndirici maddələr isə xaric edilir.
Tərkibində Çexiyanın Karlovı Varı SPA kurortunun termal duzu olan heyranedici təzə-tər qızılgül ətrinə malik bu əla duş pilinqini hökmən sınaqdan keçirin.

 

KOD: 437191


200 ml.
20.00   AZN

Say:


Oxşar mallar
Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.