AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Əllər və pəncələr üçün krem "Lavanda"

Əllər və pəncələr üçün krem "Lavanda"

Əllər və pəncələr xüsusi diqqətə və ciddi qulluğa layiqdir, çünki onlar ətraf mühitlə daim təmasda olur və tez-tez gərginliyə məruz qalırlar. Əllər su ilə, soyuqla və ətrafdakı çirkləndirici maddələrlə təmasda olmaları səbəbindən onların dərisi qurulaşır. Pəncələrin dərisi kobudlaşır, çünki onlar insanın bütün ağırlığını öz üzərində daşıyır, həmçinin onlar ətraf mühitin əlverişsiz şəraiti ucbatından və ayaqqabı ilə daimi təmasda olmaları səbəbindən "bişir" və tərləyir.
Çexiyanın "Manufaktura" şirkəti tərəfindən xüsusi olaraq əl və ayaqların dərisinə qulluq üçün işlənib hazırlanmış kremin tərkibində termal mənbələrin unikal duzu var ki, bu da dərini və damarları möhkəmləndirir, yaraları sağaldır və bakteriyalara qarşı maneə yaradaraq xoşagəlməz qoxunu əngəlləyir.
Lavanda cövhəri əzələ gərginliyini və diskomfortu aradan qaldırır, rahatlıq və yüngüllük gətirir. Dəri sakitləşir və qəşəng sağlam rəng alır. O, zərif və ipək kimi yumşaq olur.
Kremin tərkibində təbii Şi yağı var, bu yağ dərini nəmləndirir və qidalandırır, onun öz kollagenini hasil etməsini stimullaşdırır. Üzüm tumunun yağı dərini cavanlaşdırır və xırda nahamarlıqları götürür. Zədə və çatların sağalması, habelə dərinin ümumən möhkəmlənməsi və elastikliyinin artması üçün kremin tərkibinə dərinin təbii stimullaşdırıcısı olan pantenol əlavə edilib.
Siz əmin ola bilərsiniz ki, bu lavandalı kremin tərkibinə daxil edilən bütün inqrediyentlərin sayəsində əlləriniz qorunacaq, ayaqlarınızın dərisi isə bərpa olunacaq və möhkəmlənəcək. Öz SPA prosedurlarınızı yerinə yetirərkən tərkibində Çexiyanın termal duzu və lavanda yağı olan bu unikal kremdən istifadə edin.

 

KOD: 448050


100 ml.
17.00   AZN

Say:


Oxşar mallar
Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.