Vanna üçün duzlar

Vanna üçün təbii yağ və otlarla Karlovı Varı duzları

Karlovı Varıda müalicə olunmağa və dincəlməyə insanlar ilk növbədə məşhur Karlovı Varı mineral sularının xatirinə gəlirlər. Hazırda Karlovı Varı kurort şəhərin populyarlığı Avropada olduğu kimi Azərbaycanda da artır, ona görə ki, məşhur şəhərin istirahət ocağını bircə dəfə ziyarət etmiş insan spa prosedurlarının bütün bədənə bəxş etdiyi bu qeyri-adi hissləri yenidən yaşamaq istəyir.

Təəssüf ki, istək yarandıqda və ya orqanizm tələb etdikdə kurortu ziyarət etmək imkanına hamı malik deyil. Çexiyanın “Manufaktura” kompaniyası tərəfindən hazırlanan təbii spa kosmetikaları, habelə vannalar üçün məşhur Karlovı Varı duzu birbaşa evinizdə spa kurortu düzəltməyinizə imkan verər.

 Karlovı Varı duzunun tətbiq edildiyi müalicəvi vannalar  

 Mineral su vannalarının köməyi ilə müalicə balneoterapiya adlanır. Balneoterapiyaya çimmək, duş qəbulu, inhalyasiya və s. aiddir. Balneoterapiya prosedurlarının müalicəvi təsiri əsasən reflektor mexanizmlərinə və humoral mexanizmlərə əsaslanır, başqa sözlə, sinir sistemi və qan vasitəsilə həyata keçirilir. “Manufaktura” kompaniyasının vanna üçün duzu dünyaca məşhur Çexiya kurortu Karlovı Varının geyzer (isti bulaq) mənbələrindən alınan təbii mineral duzlar, habelə təbii efir yağları əsasında istehsal olunur.

Ekoloji cəhətdən təmiz duzun iri kristalları öz daxilində təbii mikroelementləri mühafizə edib, buna görə də Karlovı Varı duzu tərkibində çoxlu miqdarda kalium, natrium, kalsium, maqnezium, brom və yodun olması ilə adi duzdan fərqlənir.

 Bu təbii mikroelementlər orqanizmə olduqca faydalı təsir göstərir:

Vannalar üçün təbii duz (efir yağları və müalicəvi otların cövhərləri ilə) orqanizmə şəfaverici təsir göstərir: o, sakitləşdirici, canlandırıcı, müalicəvi, profilaktik və stimullaşdırıcı təsirə malikdir. Bütün prosedur ərzində tədricən suda həll olan mikroelementlər orqanizmə müsbət təsir göstərir və dərinin vəziyyətini yaxşılaşdırır.

Karlovı Varı mineral duzlarından hazırlanmış vannaların mütəmadi qəbulu:

Vannalardan ürək-damar sisteminin, bronx-ağciyər, əzələ-sümük və sinir sistemlərinin, dayaq-hərəkət aparatının xəstəlikləri zamanı, habelə ginekoloji, uroloji və dəri xəstəlikləri zamanı istifadə etmək olar. Yadda saxlamaq lazımdır ki, dəri xəstəlikləri olan insanların mineral vannaların qəbulundan əvvəl müalicə həkimi ilə məsləhətləşməsi zəruridir.

İstifadə qaydası: suyun  temperaturu 37-40 dərəcə olan vannada 40 qramdan 60 qramadək Karlovı Varı duzunu həll edin. Vanna qəbulunun müddəti 15-20 dəqiqə olmalıdır.

Sağlamlığınızı qoruyun və qiymətləndirin!