Pivə Ənənəsi

Beer Tradition Manufaktura pivə kosmetikası unikal xüsusiyyətləri sayəsində dünyada ən yaxşı pivə kimi geniş tanınan çex pivəsi istehsalının çoxillik ənənələri əsasında yaradılıb. Onun nadir, zəngin dadı, xoş mayaotu tamı, özünəməxsus zərifliyi, yüksək şəffaflığı və əla qızılı rəngi yüksək qiymətləndirilir. Bu xoşagələn içkini Çexiyada qədim çağlardan hazırlayırlar – ilk yazılı dəlillər onuncu yüzilliyə aiddir. Mayaotu yetişdirmək üçün unikal iqlim şəraiti, çex pivəçəkənlərinin çoxillik təcrübəsi və pivə istehsalının xüsusi ənənələri çex pivəsinin təkrarolunmaz keyfiyyətinə və dadına xeyli təsir göstərib. Pivə bütün B qrupu vitaminlərinin, habelə dərinin yaxşı regenerasiyasına şərait yaradan və ətraf mühitin mənfi təsirinə müqavimətini artıran mikroelementlərin və mineralların unikal mənbəyidir. Mayaotu dərini təmizləyir, rahatladır və yumşaldır. Pivənin elmi yolla müəyyən edilmiş bu faydalı xüsusiyyətləri “Manufaktura”nı saçlar üçün bərpaedici şampundan, relaksasiya vannalarından, duş üçün təravətləndirici geldən, yumşaldıcı sabundan və dəri üçün qidalandırıcı maskadan ibarət orijinal pivə kosmetikası məhsulları cərgəsinin hazırlanmasına ruhlandırdı. Bütün məhsulların tərkibində əsl çex pivəsi və ya pivə mayaları var və zərif acı-şirin ətri var.