Manufaktura Bakıda

“Manufaktura” peşəkar SPA kosmetikası Avropanın bir çox sakinlərinin artıq çoxdan bəri üstünlük verdiyi brenddir. Əgər Siz Praqada, Karlovı Varı kurortunda olsaydınız, yəqin ki, onun müalicəvi xüsusiyyətlərini artıq qiymətləndirmiş olardınız. Hazırda isə biz bu məlumatı verməkdən məmnunuq ki, indi Siz xoşladığınız vasitələri evdən çıxmadan Bakıda ala  bilərsiniz.

Bizim saytımızda Siz ən çox xoşunuza gələn seriyadan kosmetik vasitələri seçə bilərsiniz. Pivə seriyası səməninin, mayaotunun və pivə mayalarının müalicəvi xüsusiyyətlərinə əsaslanır. Üzüm tumları, şərab və üzüm tənəyi əsasında hazırlanan şərablı kosmetik vasitələr Sizə əla yarayar və zərifliyinizi vurğulayar. Ənənəvi seriya təbii ətriyyat kompozisiyalarından və unikal ətirlərdən  istifadə edilməklə müalicəvi otlar əsasında hazırlanıb. Siz həmçinin unikal Karlovı Varı, Ölü dəniz, Mojito, Gavalı, Şokolad, Həssas və digər seriyalardan da yararlana bilərsiniz. Kosmetikalar Çexiyada istehsal olunur və biz bu möcüzəli kosmetikanı oradan birbaşa Sizlərə gətiririk!

Təbii materiallardan hazırlanan, ənənəvi əl işləri olan MANUFAKTURA aksessuarları və malları sizin vannanız və mətbəxiniz üçün gözəl bəzək əşyası, təbii ağacdan hazırlanan oyuncaqlar isə uşaqlar üçün ən yaxşı oyuncaqlar ola bilər.

Özünüzü sevindirməyə və yaxınlarınıza təkrarolunmaz, faydalı hədiyyə verməyə tələsin!


Hörmətlə,

Manufaktura.Az