AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
SPA reseptləri

MANUFAKTURA orijinal çex kosmetikasıdır və sizə maraqlı təbii inqrediyentlərdən hazırlanan, vanna otağınızı kiçik ev kurortuna çevirəcək... Stress və tələskənlik dolu indiki çətin dövrdə ev kurortunun xoş ritualı bu çətinliklərin qarşısını almaqda sizin gizli reseptinizə çevrilə bilər. Ətirli vannada keçirəcəyiniz bir neçə an gərginliyinizi, yorğunluğunuzu və stressinizi ən azından müəyyən müddətə aparacaq, sizi canlandıracaq və sizin üçün şirin yuxuları təmin edəcək.

Lavandadan və Ölü Dənizin dəyərli minerallarından istifadə etməklə bədənə stress əleyhinə lüks qulluq

1) Vanna otağınızda xoş mühit yaradın – şam yandırın, qapıdan “Narahat etməyin” sözləri yazılmış lövhəcik asın, ürəkaçan musiqi qoyun, yumşaq dəsmallar hazırlayın.

2) İçərisində “Lavanda” yağı (Lavender oil) və ya “Lavanda” duzu (Lavender salt) olan rahatladıcı vanna qəbul edin, o, sizin psixoloji gərginliyinizi, yorğunluğunuzu və stressinizi götürəcək.

3) Vana qəbulunu yumşaldıcı “Ölü Dəniz Pilinqi” (Dead Sea Peeling) ilə daha xoş edin, o, dərinizi sonrakı “Ölü Dəniz Palçığı Paketi” (Dead Sea Mud Pack) proseduruna hazırlayır, yumşalmış dəriniz dəyərli maddələri daha yaxşı udur.

4) İsti xalata bürünün və azı 15 dəqiqə ərzində musiqiyə qulaq asaraq və ot çayı içərək rahatlanıb yüngülləşin.  

5) Vanna qəbulundan sonra bədəninizin zəruri hissələrinin dərisini Ölü Dəniz Palçığı Paketi (Dead Sea Mud Pack) ilə canlandırıb bərpa edin. Bədəninizdəki palçıq təbəqəsini folqa ilə örtün, sonra üzərini dəsmalla örtün və təxminən 10 dəqiqə ərzində öz işini yerinə yetirməsinə imkan verin.

6) Palçıq prosedurundan sonra duş üçün “Lavanda” gelini və ya tərkibində Ölü Dəniz mineralları olan duş gelini (Dead sea Mineral shower gel) sürtün.

7) Bədənə qulluq prosedurunu tərkibində Ölü Dəniz duzu olan bədən yağından (Body Butter with Dead Sea Salt) istifadə etməklə rahatladıcı ayaq massajı ilə bitirin – massaj edildikdən sonra ayaqlarınız yumşaq və hamar olacaq.

Gecəniz xeyrə qalsın və ətirli balzamla xoş yuxular görəsiniz...

1) Vanna otağınızda xoş mühit yaradın – şam yandırın, qapıdan “Narahat etməyin” sözləri yazılmış lövhəcik asın, ürəkaçan musiqi qoyun, yumşaq dəsmallar hazırlayın.

2) İçərisində “Balzam” duzu (Balm salt) olan rahatladıcı vanna qəbul edin, o, sizin psixoloji gərginliyinizi, yorğunluğunuzu və stressinizi götürəcək.

3) İsti xalata bürünün və azı 15 dəqiqə ərzində musiqiyə qulaq asaraq və sakitləşdirici ot çayı içərək rahatlanıb yüngülləşin.

4) Orijinal baş massajçısı vasitəsilə gərginliyi, stressi və baş ağrısını azaldan əla baş massajından həzz alın, o, saçların uzanmasına kömək edəcək və əhvalınızı yüksəldəcək.

5) İndi isə yorğanın altına girmək, uzun gecəni rahat keçirmək və xoş yuxular görmək vaxtıdır...

Bərpaedici pivə ilə bədənə qulluq

1) Yumşaldıcı “Pivəli” yağ vannası (Beer Oil Bath) qəbul edin, o, gərginliyi və yorğunluğu aparır və sizin gözəl dərinizin qayğısına qalır.

2) İsti xalata bürünün və rahatlanıb yüngülləşin. Rahatlanmanı kiçik stəkanda buzlu pivə qəbul etməklə daha xoş edin.

3) Sakitləşdirici mayaotu cövhəri ilə zənginləşdirilmiş 100 faiz bitki tərkibli “Pivəli” yağla özünüzü massaj edin. Massaj qan dövranını stimullaşdırır, ağrını sakitləşdirir və əzələ tonusunu qaydaya salır, stressi götürür və rahat yuxuya getməyə kömək edir.

 Qızılgül romansı (cütlük üçün münasibdir) 

1) Vanna otağınızda romantik mühit yaradın – şam yandırın, qapıdan “Narahat etməyin” sözləri yazılmış lövhəcik asın, birlikdə keçirdiyiniz gözəl anları sizə xatırladan ürəkaçan musiqi qoyun. Vanna otağının işığının qarşısını çəhrayı parça ilə qismən kəsmək olar, bu zaman bütün vanna otağının işığı daha ürəkaçan rəng alır.

2) Vanna otağını ətirli qızılgül qönçələri ilə bəzəyin...

3) “Qızılgül” duzu (Rose salt) və ya “Yumşaldıcı” yağ (Emollient oil) qatılmış rahatladıcı vanna qəbul edin, o, sizin gərginliyinizi və yorğunluğunuzu götürəcək. Vannanı qarşılıqlı ayaq massajı ilə daha xoş edin, bu, tamamilə yüngülləşməyinizə kömək edəcək.

4) İsti xalata bürünün və sakitcə rahatlanın.

5) Orijinal baş massajçısı vasitəsilə gərginliyi, stressi və baş ağrısını azaldan əla baş massajından həzz alın. O, əla gecə istirahəti üçün yaxşı ovqat yaradacaq...

6) Nəhayət, 100 faiz bitki və şərab tərkibli yağdan istifadə edərək bir-birinizi massaj edin. Massaj faydalı təsirlərə malikdir, o cümlədən ər-arvad arasındakı qarşılıqlı bağlılığı gücləndirir...

7) Gecəni ətirli şam işığında bir stəkan sərinləşdirici və ruhlandırıcı qızılgül şərabının qəbulu ilə tamamlayın. Sonrakı hadisələrin gedişatı sizin öz əlinizdədir.

Ölü Dəniz sehri

1) Vanna otağınızda xoş mühit yaradın – şam yandırın, qapıdan “Narahat etməyin” sözləri yazılmış lövhəcik asın, ürəkaçan musiqi qoyun, yumşaq dəsmallar və saçlarınız üçün çalma hazırlayın.

2) Tərkibində möcüzəli Ölü Dəniz duzu olan vanna qəbul edin, o, dərinizi mühüm minerallarla təchiz edəcək, yorğunluğunuzu və stressinizi götürəcək. Öz seçiminiz əsasında bir neçə damcı efir yağı ilə vannanı ətirləndirə bilərsiniz.

3) Vanna qəbulu zamanı saçlarınızın da qayğısına qalın – onları bərpaedici Ölü Dəniz şampunu (Dead Sea Shampoo) ilə yuyun, saç balzamı sürtün, çalma ilə bağlayın və bir neçə dəqiqə ərzində balzamın öz işin yerinə yetirməsinə imkan verin.

4) Vanna qəbulunu başa vurmazdan əvvəl saç balzamını yuyub təmizləyin. Sonra Ölü Dəniz palçığı ilə duş pilinqinin (Dead Sea Mud Shower Peeling) vasitəsilə dərinizi massaj edin və yumşaldın.

5) İsti xalata bürünün və azı 15 dəqiqə ərzində musiqiyə qulaq asaraq və ləzzətli çay içərək sakitcə rahatlanın.

6) Yaxın qohumlarınızdan və ya dostlarınızdan xahiş edin ki, ayaqlarınızı bir neçə dəqiqə yaxşı massaj etsinlər – bu, sizin gərginləşmiş ayaqlarınıza əla, sakitləşdirici və bərpaedici qulluq olacaq. Tərkibində Ölü Dəniz duzu olan Qidalandırıcı bədən yağı (Nutritious Body Butter) bu işdə böyük yardımçıdır – ondan istifadə etdikdən sonra ayaqlarınız yumşaq və hamar olacaq.

Şərab romansı (cütlük üçün münasibdir) 

1) Vanna otağınızda romantik mühit yaradın – şam yandırın, qapıdan “Narahat etməyin” sözləri yazılmış lövhəcik asın, birlikdə keçirdiyiniz gözəl anları sizə xatırladan ürəkaçan musiqi qoyun.

2) Vanna otağını ətirli qızılgül qönçələri ilə bəzəyin...

3) Şərab tərkibli yumşaldıcı yağ qatılmış rahatladıcı vanna qəbul edin, o, sizin gərginliyinizi və yorğunluğunuzu götürəcək. Vannanı qarşılıqlı ayaq massajı ilə daha xoş edin, bu, tamamilə yüngülləşməyinizə kömək edəcək.

4) İsti xalata bürünün və sakitcə rahatlanın.

5) Orijinal baş massajçısı vasitəsilə gərginliyi, stressi və baş ağrısını azaldan əla baş massajından həzz alın. O, əla gecə istirahəti üçün yaxşı ovqat yaradacaq... 100 faiz bitki və şərab tərkibli yağla massaj faydalı təsirlərə malikdir, o cümlədən ər-arvad arasındakı qarşılıqlı bağlılığı gücləndirir...

6) Ayaqlarınızın da qayğısına qalın – onların massajı bütövlükdə orqanizmin rahatlanmasını və canlanmasını tamamlayır. Dəyərli təbii yağlarla zəngin olan şərab tərkibli bədən yağı (Wine Body Butter) sizə böyük köməklik göstərəcək.

7) Gecəni ətirli şam işığında bir stəkan sərinləşdirici və ruhlandırıcı qızılgül şərabının qəbulu ilə tamamlayın.


Çap üçün versiya

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.