AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Təbii sabun

Bizim İnternet mağazamızda Siz evə çatdırılmaqla istənilən miqdarda əllə hazırlanan sabun almaq imkanına maliksiniz. Müştərilərimiz üçün və təbii kosmetikaya dəyər verənlərin hamısı üçün biz aksiya keçiririk. Aksiyada  iştiraka görə Siz əllə hazırlanan təbii MANUFAKTURA sabununun pulsuz sınaq nümunələrini ala bilərsiniz.

“Manufaktura” brendi 20 ildən artıqdır ki, Avropa bazarında mövcuddur, bu müddətdə o, təsirli sabun reseptləri, məhsullarının unikal kosmetik inqrediyentləri, müalicəvi xüsusiyyətləri və təkrarolunmaz ətri sayəsində Qərb əhalisi arasında hörmət və populyarlıq qazanıb. “Manufaktura” kompaniyasının kosmetikası həmçinin qablaşdırmanın orijinal, eksklüziv dizaynı ilə seçilir, bu dizayn gözəlliyi qiymətləndirən istənilən şəxsin estetik tələbatlarına cavab verir. Ən müasir materiallardan istifadə edilməklə məxsusi olaraq işlənib hazırlanan tübiklər və bankalar məhz təbii kosmetikanın saxlanması və daşınması üçün nəzərdə tutulur. Belə ki, vitaminlərin faydalı xassələrinin mühafizəsi üçün xüsusi şəraitin olması zəruridir.

Biz istəyirik ki, keyfiyyətli kosmetikanı dəyərləndirən insanlar “Manufaktura” markasının eksklüziv sabununu sınaqdan keçirsinlər. 

Gözəllik vasitələri ilə təmasda olun və evinizdəcə özünüzə SPA kurortu düzəldin.

Əllə hazırlanan “MANUFAKTURA” sabununun reseptləri 

Əllə düzəldilən sabunu ev şəraitində hazırlamaq çox sadədir.

Əvvəlcə biz istənilən sabunun hazırlanmasının ümumi prinsipini təsvir edək.

Sabun bitki və heyvan mənşəli yağların qarşılıqlı təsiri nəticəsində əmələ gəlir, bu zaman onun tərkibinə təmizləyici təbii komponentlər əlavə olunur. Bu proses yüksək temperaturda cərəyan edir və bir neçə gün vaxt aparır, nəticədə ilkin sabun və ya sabun mayası alınır. İnqrediyentlər nə qədər keyfiyyətlidirsə, sabun dəriyə bir o qədər yumşaq təsir göstərir, onu bir o qədər yaxşı təmizləyir və qabıqlardan azad edir. Sonra sabun mayasını aromatik maddələrlə, ətirlərlə, otlarla qarışdırırlar, nəticədə tualet sabunu alınır.

Elitar hesab olunan ən yaxşı sabun əl əməyindən və təbii komponentlərdən istifadə edilməklə hazırlanan sabundur, çünki yalnız bu halda o, bütün zəruri keyfiyyətlərə malik olur və sabuna irəli sürülən yüksək standartlara cavab verir.

Siz sabun mayasını, çətin ki, evdə düzəldə biləsiniz – bu, çox zərif və zəhmətli prosesdir, texnologiyanın bütün incəliklərini isə eksklüziv sabun istehsalçıları gizli saxlayırlar. Ev şəraitində sabun düzəltməyin ən sadə üsulu belədir: hazır sabun mayası mikrodalğalı sobada əridilir və ona ətirlərinə ən çox üstünlük verdiyiniz təbii efir yağları əlavə olunur.

Bütün inqrediyentlər keyfiyyətli və təzə olmalıdır. Otlar əllə yığılmalıdır, ona görə ki, əllə hazırlanan sabun dükandan alınan sabundan məhz bununla fərqlənir. Bu təkcə şəxsi gigiyena üçün əla təbii vasitə deyil, həm də hər bir parçasına insanın öz qəlbini qoyduğu unikal məhsuldur.

“MANUFAKTURA” təbii sabununun reseptinin kökləri qədim keçmişə gedib çıxır.  Belə  sabundan yüz illər bundan əvvəl də istifadə edilib. Unikal ətriyyat kompozisiyaları ən təcrübəli təbii kosmetika həvəskarının xoşuna gələcək, onların zərif təsiri isə dərinizin sağlam və gözəl qalmasına kömək edəcək!

 

 


Çap üçün versiya

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.