AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Ölü dənizin palçıqları

Ölü dənizin duzları kimi palçıqları da bütövlükdə orqanizmə kompleks təsir göstərən təbii möhkəmləndirici vasitədir. Palçıq müalicəsi vasitəsilə ayaqlarda damarların varikoz genişlənməsindən qurtulmaq, özü də buna kifayət qədər tez nail olmaq olar. Əgər Sizi kosmetik nöqsan (üz damarlarının qızartıları) narahat edirsə, Ölü dəniz palçığından hazırlanmış üz üçün maska Sizə kömək edər.

Ölü dəniz palçığını alın, onu zəruri miqdarda mineral su ilə qarışdırın və bədənin problemli hissələrinə çəkin, əgər sellülitdən yaxa qurtarma istəyirsinizsə, müalicə olunan yerləri sellofanla örtmək olar. Həmçinin qısa müddətdə maksimal dərəcədə sürətli effektə nail olmaq üçün bu proseduru hamamda və ya saunada aparmaq tövsiyə olunur.

Əgər saçlarınız nazik, tezsınan və yağlıdırsa, qara palçıqdan hazırlanan maska onlara əvvəlki həyat qüvvəsini qaytarar, bu maska bütün dəri və saç tiplərinə uyğundur, çünki əks göstərişləri yoxdur. Bu xalq təbabəti vasitəsi minilliklər boyu uğurla istifadə olunur, onun tətbiqi təkcə Sizin gözəl olmaq istəyinizdən və fantaziyanızdan asılıdır.

Əllər üçün palçıq maskası dərini bir neçə dəqiqəyə hamarlaşdırır, ölmüş epidermis hüceyrələrini kənarlaşdırır. Əgər qarşıda Sizi romantik axşam gözləyirsə və valehedici görünmək istəyirsinizsə, Ölü dənizin təbii palçığını alın. Yaxşı olar ki, saxta məhsulla rastlaşmamaq üçün onu sertifikatlı təchizatçılardan alasınız. 10-15 dəqiqəyə Siz nəinki bir neçə kiloqramdan, həm də yaşınızın bir neçə ilindən, bəzən isə bir neçə onilliyindən yaxa qurtaracaqsınız.

Palçıqla müalicə seansını düzgün keçirmək üçün klassik SPA prosedurlarının aparılması qaydalarına dair bizim ümumi məsləhətlərimizdən istifadə edin.

Siz daim gözəl və sağlam qalmağı arzulayırıq, özünüzü sevindirin və ətrafdakılara məhəbbət bəxş edin!

 


Çap üçün versiya

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.