AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Təbii kosmetika

 

Heç kimə sirr deyil ki, ən yaxşı kosmetik vasitələr təbii komponentlərdən hazırlananlardır. Özünüz və ailəniz üçün “MANUFAKTURA” təbii kosmetikasını seçərkən əmin ola bilərsiniz ki, o, Sizə təkcə sevinc deyil, həm də fayda gətirəcək.

Əllə hazırlanan təbii kosmetika nəinki faydalıdır, həm də istifadəsi xoşdur. Onda insan əllərinin istisi duyulur, onun yaradılmasına insanlar qəlblərinin bir parçasını qoyur.

“MANUFAKTURA” təkcə kosmetika deyil, həm də özünü tanıda bilmiş elə bir brenddir ki, əl əməyi və sənətkarlığın inkişafı ənənələrini dəstəkləyir. Bizim dövrdə eksklüziv məhsullar sırasına aid edilən məhsullar o qədər də çox deyil və bizim üçün çox xoşdur ki, bizim məhsullarımız məhz belələrindəndir.

Bizim kosmetikaların reseptləri unikaldır, onlar əsrlərlə toplanıb və çoxlu nəsillər tərəfindən sınaqdan keçirilib. Müasir texnologiyalar bu reseptləri mühafizə etməyə və əllə hazırlanan təbii kosmetikanın faydalı xüsusiyyətlərini layiqincə qiymətləndirənlərin hamısı ilə paylaşmağa imkan verir.

Üz üçün təbii kosmetika üz dərisini hiss olunacaq dərəcədə yaxşılaşdırır və cavanlaşdırır, bütün dəri tiplərinə yarayır. Dərini nəmləndirir və qabıq vermənin qarşısını alır, dəri piyinin ifrazına nəzarət edir, dəri məsamələrini tutmur. Dərini bütün zəruri vitaminlər və minerallarla qidalandırır, qırışları hamarlaşdırır, problemli nahiyələrin şişkin yerlərini kiçildir. “Manufaktura” kosmetikasının təbii inqrediyentlərinin təsiri üzün rəngini hiss olunacaq dərəcədə yaxşılaşdırır və dərini təravətləndirir, onu daha cavan və sağlam edir.

“Manufaktura” çex kosmetikası bütün dünyada tanınan Karlovı Varı balneoloji kurortunun termal mənbələrinin suyu əsasında istehsal olunur.

“MANUFAKTURA” kosmetikasının tərkibinə ən yüksək keyfiyyətli təbii inqrediyentlər: təbii yağlar, müalicəvi dərman otları, Karlovı Varı mənbələrinin mineralları, termal sular, Ölü dənizin duzları və bir çox digər təsirli komponentlər daxildir.

“Manufaktura” kosmetikasının tərkibi

Pivə və pivə mayaları, praktiki olaraq, insan üçün zəruri olan bütün amin turşularının mənbəyidir, həmçinin onların tərkibində В, РР, Н, Е kimi mühüm vitaminlər, habelə kalsium, dəmir, sink, marqanes və maqnezium var. Pivə mayalarının tərkibinə D vitamini daxildir, onu sənaye üsulu ilə pivə mayalarının tərkibindən ayırır, sonra isə əczaçılıq və kosmetika sənayesində istifadə edirlər. Pivə içkisinin faydalı xüsusiyyətləri uzun əsrlərdir ki, məlumdur: bu məhsulun tərkibindəki canlı mikroorqanizmlər orqanizmə kompleks şəkildə təsir göstərərək maddələr mübadiləsini və deməli, həm də bütövlükdə orqanizmin bütün sistemlərinin işini yaxşılaşdırır və normallaşdırır. Pivə komponentlərinin daxilə qəbulu hələ fironların dövründən istifadə edilirdi və özünün sürətli, nəzərə çarpan və təsirli effektləri ilə tanınır. Bu, dəridə mübadilə proseslərini gücləndirir, onu gözəl və elastik edir. Tərkibində çoxlu zülalın olması sayəsində pivə saçların strukturunu xeyli yaxşılaşdırır: o həm saç kökünün özünə təsir göstərir, həm də bütövlükdə saçı qidalandırır ki, bu da onlara təbii, sağlam parıltı və həyat qüvvəsi verir, habelə saçların strukturunu nizama salır.

 

Üzüm təkcə dadlı və susuzluğu yatıran meyvə deyil, həm də sağlamlığımız üçün kifayət qədər faydalı məhsuldur. Onun tərkibində insan üçün mühüm olan sellüloz, bütün vitamin kompleksləri, A, C, B6, folium turşusunun törəmə maddələri var. Çoxlu sayda əvəzsiz vitaminlər və yağlarla yanaşı, üzüm meynəsinin tərkibində selen, fosfor, maqnezium və dəmir kimi minerallar da var. Üzümün tərkibində onların olması sayəsində bizim qəbul etdiyimiz aktiv maddələr üzümü orqanizmimiz üçün əla antioksidanta çevirir, üzüm tumlarından əldə edilən yağ isə müasir kosmetika sənayesində geniş istifadə olunur. Üzümün və ondan alınan maddələrin insana müsbət təsirini minillik tarix sübuta yetirib, qədim reseptlərin mühafizə olunması və müasir texnologiyaların tətbiqi sayəsində şərab tərkibli “Manufaktura” kosmetikaları seriyasının tərkib komponenti olan və hamı tərəfindən bəyənilən bu meyvənin bütün faydalı keyfiyyətləri mühafizə edilib.

Karlovı Varı duzu (Carlsbad) suyun buxarlanması yolu ilə Çexiyanın mineral mənbələrindən hasil olunur. Bu duz dərini, saçları və dırnaqları möhkəmləndirmək üçün olduqca effektiv vasitədir, məhz buna görə ənənəvi “Manufaktura” kosmetikasının tərkibində mineral mənbələrin suyu və Karlovı Varı duzu var. Duz istər kosmetikanın tərkibində, istərsə də təbii halda təsirli komponentdir. Duz vannalarının mütəmadi qəbulu, praktiki olaraq, istənilən dəri xəstəliyinin öhdəsindən gəlməyə, habelə damarların divarlarını möhkəmləndirməyə və aktivləşdirməyə kömək edir.

Buğda toxumunun cövhəri hələ eramızdan əvvəl cavanlaşdırıcı effekti ilə tanınırdı. Buğda cücərtilərinin yağı dərini dərindən nəmləndirir və dərinin nəmliyini mühafizə etmək qabiliyyətini artırır, çünki onun tərkibinə dəri üçün əvəzolunmaz yağ turşuları daxildir. Böyük qidalandırıcı dəyəri ilə yanaşı, cücərməkdə olan buğda dəninin tərkibində aktiv komponentlərin unikal toplusu olur, onlar yeni həyatın yaranması üçün lazım olan nisbətlərdə qarşılıqlı əlaqədə olurlar ki, bu da onları insan orqanizmi üçün ən faydalı maddələrin xəzinəsinə çevirir. Onlarla vitaminlərin, mineralların və mikroelementlərin tərkibində buğda cücərtilərindən xüsusi yolla alınan və “Manufaktura” təbii kosmetikasının hazırlanmasında istifadə edilən cövhər var.

Dərman bitkisi çobanyastığı təbii kosmetikanın hazırlanmasında əvəzolunmaz bitkidir, onun adı da şəfalı keyfiyyətlərini tam təsdiq edir. Çobanyastığının əsas dəyəri onun dəriyə rahatladıcı və sağaldıcı təsir göstərməsindədir. Çobanyastığı cövhəri dərini canlandırır, onun təbii sağlam rəng çalarını bərpa edir, infeksiya və mikrob əleyhinə təsirə malikdir. Çobanyastığı da bir çox digər bitkilər kimi təbii antioksidantdır, bu isə onun digər məziyyətləri ilə birlikdə bir çox xalqlar tərəfindən qiymətləndirilib və o həmişə təsirli inqrediyent kimi kosmetikanın tərkibinə daxil edilib.

Badam yağı kosmetikanın tərkibində olan əsas nəmləndirici vasitələrdən biridir. Yüngül strukturu sayəsində o, dərinin dərinliyinə nüfuz edərək onu nəmləndirir və təmizləyir. Badam yağının tərkibində doymamış linolen, linol və araxidon turşuları var, onlar orqanizmimiz üçün əvəzolunmaz maddələrdir. Badam cövhəri dərini daha möhkəm və elastik edir, dərinin sallanması və dəri qırışları ilə mübarizəyə kömək edir və istənilən dəri tipi üçün unikal vasitədir.

Ölü dəniz duzunun tərkibində Ölü dənizdə yüksək konsentrasiyada olan 30-dan artıq duz və mikroelementlər var. Duzlar şlakları və toksinləri orqanizmdən çıxarır, damarları möhkəmləndirir, habelə sinir sisteminin işini normallaşdırır, belə ki, kalium, natrium, xlor və kalsium duzları sinir impulsunun ötürülməsi mexanizmində mühüm rol oynayır. Ölü dəniz duzundan istifadə bütün orqanizmə kompleks şəkildə müsbət təsir göstərir.

Şi ağacının yağı Şi ağacı meyvələrindən alınır, iki yüz ildən artıq yaşayan bu ağac Afrikada yetişir, buna görə də suyun toplanmasında və mühafizəsində unikal “təcrübəyə” malikdir. Dəri üçün zəruri yağ turşuları ilə zəngin olan bu yağın bərpaedici, regenerativ və nəmləndirici xüsusiyyətləri onu təbii kosmetikanın hazırlanmasında əvəzolunmaz edir. Kollagen ifrazını stimullaşdırmaqla Şi ağacının yağı dərinin ən dərin qatlarına nüfuz edərək dərini möhkəmləndirir və cavanlaşdırır, ona nəmlik verir və ətraf mühitin zərərli xarici təsirləri ilə mübarizəyə kömək edir.

Pantenol bitkilərdən alınan B qrupu vitaminidir. Pantenol dərinin bütün qatlarına asanlıqla nüfuz edərək onu nəmləndirir ki, nəticədə dərin qırışlar hamarlaşır. Dəriyə sürtüldükdə pantenol B vitamininə çevrilir ki, bu da bütövlükdə dəriyə müsbət təsir göstərir: bu zaman o, xırda defektləri sağaldır, dərini daha elastik edir, digər maddələrlə qarşılıqlı təsirdə olur və bununla da onların müsbət təsirini gücləndirir.

Yuxarıda sadalanan komponentlərlə yanaşı, əllə hazırlanan “Manufaktura” təbii kosmetikasının tərkibinə bir çox digər faydalı bitkilər, maddələr, vitaminlər, minerallar və təbii mənşəli komponentlər daxildir.

Bizim “Manufaktura.Az”
İnternet mağazamızda kosmetika alarkən Siz onun keyfiyyətinə əmin ola bilərsiniz, ona görə ki, biz çexiyalı istehsalçı “Manufaktura” ilə birbaşa əməkdaşlıq edirik.  


Çap üçün versiya

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.