AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Ölü Dəniz Ənənəsi

Tərkibində Ölü dənizin duzu və palçığı olan bu orijinal kosmetika dəriyə zərif və yüksək səviyyəli qulluq üçün nəzərdə tutulub, tərkibində boyaq maddələri yoxdur, allergiya doğurmayan təzə-tər ətri var.

Dead Sea Tradition Manufaktura kosmetikaları cərgəsi unikal Ölü dəniz duzlarının və palçıqlarının əsasında hazırlanıb. Onlar dərinin qoruyucu funksiyasını artırır, zərərli maddələrin və ölmüş hüceyrələrin xaric olunmasına kömək edir, regenerativ, iltihab əleyhinə və rahatladıcı təsirə malikdir, sızanaq, pulcuqlu dəmrov, ekzema kimi dəri xəstəliklərinin müalicəsində faydalıdır, kosmetik məqsədlər üçün istifadə edilərək sellülitin əlamətlərini zəiflədir. Ölü dənizin duzları və palçıqları revmatizm və oynaq ağrıları zamanı orqanizmə müsbət təsir göstərir, xəstə nahiyələrin itirilmiş hərəkətliliyinin bərpasına kömək edir.

Ölü dənizin palçıqları

Ölü dənizin duzları kimi palçıqları da bütövlükdə orqanizmə kompleks təsir göstərən təbii möhkəmləndirici vasitədir. Palçıq müalicəsi vasitəsilə ayaqlarda damarların varikoz genişlənməsindən qurtulmaq, özü də buna kifayət qədər tez nail olmaq olar. Əgər Sizi kosmetik nöqsan (üz damarlarının qızartıları) narahat edirsə, Ölü dəniz palçığından hazırlanmış üz üçün maska Sizə kömək edər.

Ölü dəniz palçığını alın, onu zəruri miqdarda mineral su ilə qarışdırın və bədənin problemli hissələrinə çəkin, əgər sellülitdən yaxa qurtarma istəyirsinizsə, müalicə olunan yerləri sellofanla örtmək olar. Həmçinin qısa müddətdə maksimal dərəcədə sürətli effektə nail olmaq üçün bu proseduru hamamda və ya saunada aparmaq tövsiyə olunur.

Əgər saçlarınız nazik, tezsınan və yağlıdırsa, qara palçıqdan hazırlanan maska onlara əvvəlki həyat qüvvəsini qaytarar, bu maska bütün dəri və saç tiplərinə uyğundur, çünki əks göstərişləri yoxdur. Bu xalq təbabəti vasitəsi minilliklər boyu uğurla istifadə olunur, onun tətbiqi təkcə Sizin gözəl olmaq istəyinizdən və fantaziyanızdan asılıdır.

Əllər üçün palçıq maskası dərini bir neçə dəqiqəyə hamarlaşdırır, ölmüş epidermis hüceyrələrini kənarlaşdırır. Əgər qarşıda Sizi romantik axşam gözləyirsə və valehedici görünmək istəyirsinizsə, Ölü dənizin təbii palçığını alın. Yaxşı olar ki, saxta məhsulla rastlaşmamaq üçün onu sertifikatlı təchizatçılardan alasınız. 10-15 dəqiqəyə Siz nəinki bir neçə kiloqramdan, həm də yaşınızın bir neçə ilindən, bəzən isə bir neçə onilliyindən yaxa qurtaracaqsınız.

Palçıqla müalicə seansını düzgün keçirmək üçün klassik SPA prosedurlarının aparılması qaydalarına dair bizim ümumi məsləhətlərimizdən istifadə edin.

Siz daim gözəl və sağlam qalmağı arzulayırıq, özünüzü sevin və ətrafdakılara məhəbbət bəxş edin!

Ölü dənizin duzu 

Ölü dənizin duzu: istifadə tarixçəsi.
Beş milyon il bundan əvvəl böyük Suriya-Afrika tektonik yerdəyişmələri indiki İordaniya və İsrailin ərazisində sahəsi 930 km2, uzunluğu 75 km, eni 17 km, dərinliyi isə 400 m olan bu böyük, axarsız gölü yaratdı. Bu təbii mineral mənbənin suyunun ümumi həcmi 930 km3-dir. Ölü dəniz 5000 ildən artıqdır ki, indiki hüdudları çərçivəsində mövcuddur, bu müddətdə onun dibində qalınlığı 100 m olan çöküntü təbəqəsi toplanıb.

Ölü dənizin unikal xüsusiyyəti ondadır ki, onun sahili Yer səthində ən aşağı nöqtədir – o, dəniz səviyyəsindən 395 m aşağıda yerləşir, burada suyun duzluluğu 26-27 q/l təşkil edir.

Ölü dəniz həm də Duzlu dəniz adı ilə tanınır. Bu ad ona tərkibində çoxlu (30%-dən çox) duz və mineral konsentrasiyaları olduğuna görə verilib. Burada, praktiki olaraq, üzvi həyat mövcud deyil, bu şəraitdə yalnız bəzi bakteriya növləri mövcud ola bilər. Suyun fenomenal qatılığı üzməyə mane olur, amma üzməyi bacarmayanların suyun üzündə çətinlik çəkmədən qalmalarına imkan verir.

Bu dənizin mineral maddələrinin bəziləri dənizin dərin qatlarından su axınları ilə gətirilib: bu sular hətta yer səthinə çıxaraq Ölü dənizə töküldükdə belə, yüksək temperaturunu saxlamaqda davam edir, buraya Mazor və Zoar isti su mənbələri də tökülür.

Ölü dənizin müalicəvi xüsusiyyətləri hələ Bibliyada qeyd edilmişdi. Ölü dənizin minerallarından kosmetik və müalicəvi məqsədlər üçün Kleopatra və Sava çariçası istifadə etmişdilər: arxeoloqlar bu regionda vaxtilə təbii kosmetika istehsalı fabrikinin mövcud olduğunu aşkar ediblər. Dəriyə qulluq üçün nəzərdə tutulan, Ölü dənizin duzları, mineralları və palçıqları əsasında hazırlanan kosmetik vasitələr bütün dünyaya ixrac olunur. Bu gün alimlər qədim insanlara çoxdan məlum olan bir şeyi kəşf edirlər: Ölü dəniz ərazisi özünün şəfaverici havası, qara mineral palçığı, minerallarla zəngin suyu və qaynar su mənbələri ilə birlikdə təbii kurort və balneoloji müalicəxanadır.

Ölü dənizin mineral kristallik duzları unikal tərkibə malikdir.

Ölü dənizin 1 kq duzunun tərkibi:

 Komponentlər 

 

Miqdar (q)

Bromidlər

1,95

Dəmir

0,055

Kalium

118,48

Kalsium

1,23

Maqnezium

79,93

Marqanes

0,004

Natrium

59,73

Ammonium duzları

0,034

Sulfatlar

0,59

Sulfitlər

0,01

Ftoridlər

0,093

Xloridlər

412,7

Beləliklə, təbii dəniz duzu mineralların və mikroelementlərin ekoloji cəhətdən təmiz qatışığıdır. Dəniz duzu vannaları qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, stressin və əzələ gərginliyinin götürülməsinə kömək edir. Tədqiqatlar göstərib ki, Ölü dənizin duzu psoriaz kimi dəri xəstəlikləri zamanı yumşaldıcı təsir göstərir, dərinin xarici görünüşünü yaxşılaşdırır və ona elastiklik verir.


Çap üçün versiya

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.