AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Şərab Ənənəsi

MANUFAKTURA Orijinal Şərab kosmetikaları cərgəsi üzüm yağı, şərab və üzüm tumları (pilinq üçün) formasında istifadə olunan üzüm salxımı komponentlərinin müsbət təsirinə əsaslanır.

Şərab haqqında ilk məlumatlar hələ tunc dövründə var idi, kosmetikada isə şərabın faydalı xüsusiyyətlərindən yalnız son dövrlərdə istifadə edilməyə başlandı. Buna elmi tədqiqatlar öz təsirini göstərdi, onlar sübut etdi ki, şərab unikal təbii antioksidantların – polifenolların mənbəyidir. Onlar dərinin elastikliyini itirməsinə və qocalmasına səbəb olan sərbəst radikalları effektiv şəkildə məhv edir, mühüm dəri lipidlərini və proteinlərini qoruyur, dərini hamar, elastik və zərif edir və hətta sellülitlə mübarizəyə kömək edir. Üzümün tərkibindəki meyvə turşuları regenerativ, nəmləndirici və cavanlaşdırıcı təsirə malikdir.

Şərab kosmetikaları cərgəsinə duş üçün təravətləndirici gel, vannalar üçün harmonizasiyaedici köpük və yumşaldıcı şəffaf sabun daxildir. Şərab kosmetikaları cərgəsinin “başlıca komponenti” sellülitin profilaktikası və azaldılması üçün nəzərdə tutulan məhsullar seriyasıdır. Üzüm salxımı komponentləri ilə yanaşı, bu seriyanın tərkibində mərsin qatranı və nanə kökü əsasında hazırlanmış sellülit əleyhinə yüksək təsirli bitki komponenti var.

MANUFAKTURA şərab kosmetikaları cərgəsi meyvə tamlı təzə-tər şərab ətrinə malikdir, əsas etibarilə əllə hazırlanıb və heyvanlar üzərində testdən keçirilmir.


Çap üçün versiya

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.