AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Karlovı Varı SPA Ənənəsi

Karlovı Varı kosmetikasının yaradılmasına məşhur kurort şəhəri Karlovı Varının tarixi və ənənələri ruhlandırdı. Kosmetikanın tərkibində Karlovı Varı mineral mənbələrinin dəyərli duzu, yüksək keyfiyyətli bitki cövhərləri və yağları var. Karlovı Varının mineral mənbələri öz unikal tərkibi sayəsində dünyanın ən məşhur mineral suları sırasına aiddir, onların bütün orqanizmə müstəsna təsirini çoxillik balneoloji tədqiqatlar sübut edir. Mineral mənbələrinin orijinal duzu orqanizmin qan dövranını təbii yolla gücləndirir, dərini təzələyir, bərpa edir və yumşaldır, zərərli maddələrin oradan xaric edilməsinə şərait yaradır.

Karlovı Varı 

Karlovı Varı gözəlliyi və rahatlığı qiymətləndirən, qəbul edən, zahiri dincliyin və rahatlığın arxasında yaradıcı emosiya və hisslərin fərəhli coşqunluğunu görə bilən insanlar üçün kurortdur. Burada klounlar, diskotekalar yoxdur, burada içib sərxoş olmağa da yer yoxdur. Burada hamı yüksək və alicənab səviyyədədir. Çoxları Karlovı Varını öz evləri kimi, könüllərinin məkanı kimi qəbul edirlər. Bura həm sadə, həm də nizamlıdır. Bura valideyn ocağındakı kimi adamın ruhunu isidir, burada, sadəcə, tənha bir küncdə skamyada oturmaq, xəyala dalmaq və daxilən bunları düşünmək olar: “Vəssalam, bundan artığına can atmağa dəyməz”. Bura Karlovı Varıdır.

Altı yüz il əvvəl maral ovu zamanı indi dünyanın ən gözəl kurortlarından birinin – Karlovı Varının (Karlovy Vary) yerləşdiyi vadiyə baxan IV Karlın önündə hansı mənzərənin açıldığını təsəvvür etmək olar. Gur yabanı otlar, ağacların arası ilə qıvrılıb axan çay və yerin altından gurultu ilə qaynayıb çıxan isti geyzerlər, buxar və minilliklər boyu çay sularının yuduğu duz qayaları. Su və istilik Yer üzündə həyatın əsasıdır. Şübhəsiz ki, IV Karl gördüklərindən heyran olmuş və işgüzar adam olaraq burada kənd saldırmışdı, həmin kənd yüzilliklər keçdikdən sonra da mineral su, Yerin istisi və insanların yaratdığı gözəllik sayəsində şəfa tapmaq üçün buraya gələn milyonlarla insanı qəbul edir.

Bu gün Karlovı Varı təkcə Çexiyanın deyil, həm də Avropanın iri və tanınmış kurortudur. O hər şeydən əvvəl isti çay vadisində yaranan isti su mənbələri ilə tanınır. İndi Karlovı Varı kimi gözəl şəhərlər o qədər də çox deyil. Karlovı Varı dəniz səviyyəsindən 644 metr hündürlükdə yerləşir. Karlovı Varının əhalisi 55.000 nəfərdən artıqdır. Karlovı Varıdakı termal mənbələr təbii ion qatışığı olmaqla orqanizmi cavanlaşdırır və ona yeni qüvvə verir. Yerin 3000 metr dərinliyinə gedən su orada karbon qazı və mineral maddələrlə zənginləşir, yerin maqması tərəfindən isidilərək yer səthinə qayıdır. Karlovı Varıda 80-dək termal mənbələr var. Hazırda onların 15-indən aktiv istifadə olunur. Hər dəqiqə Yer səthinə 70 dərəcəyə yaxın temperaturu olan 2000 litr su çıxır. Suyun hər litrində 6 qramadək minerallar var. Bu mənbələr qələvili qlauber suları ilə əlaqəlidir. Ən çox tanınan mənbə 2000 metrə yaxın dərinlikdən çıxan və dəqiqədə 1500 litrə yaxın həcmdə suyu olan geyzerdir.

Karlovı Varının mədəniyyət tədbirləri arasında ən çox tanınanlar bunlardır: Beynəlxalq kino festivalı və Dvorjak adına musiqi festivalı “Karlovı Varı payızı”. İdman oyunları arasında ən çox populyar olanları bunlardır: qolf oyunu, qaçış və tennis. Karlovı Varı həm də “Bexerovka” likörü, şüşə, büllur və farfor kimi məşhur məhsulların və ticarət markalarının məskənidir.

Karlovı Varını dünyanın hər yerindən olan bir çox məşhur insanlar ziyarət ediblər, onların arasında bu şəxslər olub: Birinci Pyotr, imperatriça Mariya Tereza, Fransa imperatriçası Mariya Luiza, bəstəkar İohann Sebastyan Bax, bəstəkar Lüdviq Van Bethoven, siyasi liderlər Karl Marks, Mustafa Kamal Atatürk və bir çox başqaları. Hələ sovet dövründə Karlovı Varı Azərbaycan rəhbərliyi arasında populyarlıq qazanmışdı, bu gün isə bu kurort şəhəri kurort istirahətinə dəyər verən azərbaycanlılar arasında daha geniş populyarlıq qazanıb.

Karlovı Varıda əsas prosedurlar bunlar hesab olunur: su vannaları və qaz prosedurları, termal su ilə müalicə, keloidə bürünmə, su müalicəsi, masajlar, isti ilə soyuğun növbələnməsi prosedurları, bağırsağın sulanması, diyetoterapiya, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, akupunktura, oksigen terapiyası və bir çox digər prosedurlar. Artıq bir neçə yüzillikdir ki, insanlar Karlovı Varı suyunun müalicəvi xassələrindən xəbərdardırlar. Karlovı Varının suyu öz temperaturu və kimyəvi tərkibi ilə məşhurlaşıb. Mənbələrin çoxunda suyun tərkibi oxşardır, amma temperaturunun fərqlənməsi səbəbindən su müxtəlif cür təsir göstərir. Karlovı Varıdakı daha soyuq mənbələr bağırsaq işlədicisi kimi təsir göstərir, daha isti mənbələr isə öd ifrazını yavaşıdır.

 


Çap üçün versiya

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.