AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
"Manufaktura" brendi

MANUFAKTURA - 1991-ci ildə yaradılmış Cesky Narodni Podnik, s.r.o. çex kompaniyasının ticarət markasıdır. Kompaniyanın baza prinsipini Çexiyanın təkrarolunmaz təbii şəraiti sayəsində yaranmış qədim çex kosmetika ənənələrinin qorunması təşkil edir. Təbii kosmetika ilə yanaşı, kompaniya həmçinin ənənəvi taxta oyuncaqların, SPA aksessuarların və ağacdan digər məmulatların hazırlanması ilə məşğul olur. Təxminən iyirmi illik mövcudluğu ərzində “MANUFAKTURA”  kiçik ailə biznesindən geniş populyarlığa malik Avropa brendinə çevrilib və bununla sübut edib ki, ən yaxşı kosmetika təbii kosmetikadır.

Avropalılar bu markanın bütün faydalarını və təkrarolunmazlığını, o cümlədən aşağıdakıları dərhal etiraf etdilər və qiymətləndirdilər:
- Kosmetik vasitələrin hazırlanmasının qədim ev reseptləri;
- Müalicəvi inqrediyentlərin mühafizəsinin ən müasir texnologiyaları;
- Yalnız yüksək keyfiyyətli təbii komponentlərdən istifadə;
- Möcüzəli ətir və müalicəvi bitkilərin cövhərlərindən hazırlanan tərkib.

MANUFAKTURA məhsullarının xüsusi olaraq yaraşıqlı və xüsusi qablaşdırmaları bu kosmetikanın tərkibində vitaminlərin və mikroelementlərin mühafizə olunmasına şərait yaradır.

MANUFAKTURA kosmetikası yaradılmazdan əvvəl təbii kosmetika bazarının öyrənilməsi üzrə böyük iş aparılıb. “MANUFAKTURA” adı da təsadüfən yaranmayıb. MANUFAKTURA markası öz kosmetikasını istehsalında çoxlu miqdarda əl işindən istifadə olunan, amma eyni zamanda müasir qablaşdırma dizaynına malik olan kosmetika kimi səciyyələndirir.

1998-ci ildən başlayaraq MANUFAKTURA məhsullarına yüksək keyfiyyətli bitki cövhərlərindən və qiymətli təbii mənbələrdən, o cümlədən bütün dünyada məşhur olan Çexiya kurortu Karlovı Varının geyzer mənbələrinin mineral duzlarından istifadə əsasında hazırlanan yeni kosmetika məhsulları cərgəsi əlavə olundu. Bu seriyanın sayəsində arzu edən hər kəs öz vannasını kiçik ev kurortuna çevirə bilər.

Təbii materiallardan hazırlanan, ənənəvi əl işləri olan MANUFAKTURA aksessuarları və malları sizin vannanız və mətbəxiniz üçün gözəl bəzək əşyası, təbii ağacdan hazırlanan oyuncaqlar isə uşaqlar üçün ən yaxşı oyuncaqlar ola bilər.

  

Biz niyə “MANUFAKTURA”nı seçirik?

Hər cür “sintetika” (neylondan tutmuş süni qidaya qədər) çoxaldıqdan sonra cəmiyyətimizdə təbii məhsullara qayıdış meyli yaranır və möhkəmlənir. Bu heç də təsadüfən baş vermir. Ekologiyanın pisləşməsi, müxtəlif xəstəliklərin, xüsusən dəri xəstəliklərinin yayılması və sadəcə “yorğun orqanizm” hissi insanların ekoloji mallara maraqlarının artmasına şərait yaradır. Kimsə deyə bilər ki, bu, sadəcə dəbə uyğunlaşmaqdır, amma dünyadakı tendensiyaları və statistikanı təhlil etdikdən sonra etiraf etməyə hazırıq ki, gözəl, sağlam olmağa və deməli, həm də arxayın və inamlı olmağa hazır olan və bunu arzulayan insanların, yəni öz qayğısına qalan, özünü sevən və bu hissləri onları əhatə edən dünyaya ötürən insanların yeni birliyi formalaşır.

Bu gün öz qayğısına qalan alıcılar çoxdan unudulmuş məhsula – köhnə üsulla, “kimyəvi maddələrsiz” “bişirilən” təbii sabuna üstünlük verirlər, onu əllə hazırlanan sabun (handmade soap) adlandırırlar. Təbii sabun dərini nəmləndirir, qidalandırır və vitaminlərlə zənginləşdirir, saçların strukturunu yaxşılaşdırır və sadəcə əhval-ruhiyyəni yüksəldir.

Çex “MANUFAKTURA” brendin sayəsində biz seçim üçün geniş çeşiddə şampunlar, gellər, vanna qəbulu üçün köpüklər, skrablar, yağlar, bədən və saçlar üçün maskalar təklif edirik. Sizin diqqətinizə böyüklər və uşaqlar üçün, müalicə və hədiyyə üçün məhsullar təqdim edilir. Bütün kosmetikalar təbii əsasda hazırlanıb, heyranedici ətrə və gözəl qablaşdırmaya malikdir. İstənilən halda bu elə məhsuldur ki, ondan fayda əldə edir və zövq alırsan.


“MANUFAKTURA” təbii çex kosmetikası Sizə uzun illər davam edən gözəllik və sağlamlıq bəxş edəcək!

Ən xoş arzularla,

Manufaktura.Az 


Çap üçün versiya

Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.