AZ | RU
Sizin səbətinizdə 0 mal var
  +994 (55) 501 11 80
Manufaktura brend online mağazası
Üz və boyun üçün yardımçı massaj

Üz və boyun üçün yardımçı massaj

Mütəmadi massaj hipodermisi stimullaşdırır, qan dövranına kömək edir və dəridə metabolizmi sürətləndirir. Beləliklə, o, dərinin elastikliyini artırır, qırışların dərinləşməsinin qarşısını alır və dərinin detoksikasiyasında iştirak edir. Dəridə toksik maddələrin olması gözlərin altında kölgələrin, dəridə şişkinliyin və sızanaqların əmələ gəlməsinə səbəb olur. Massaj dərini sağlam vəziyyətdə saxlayır və onun qocalmasını ləngidir. Massajın tətbiqi üçün təlimat: kosmetikasız dərinin massajı. Massajı həmişə sifətin mərkəzindən başlayın və barmaqlarınızı mərkəzdən yanlara (gicgahlara və qulaqlara) doğru hərəkət etdirin. Sifətin massajı üçün ideal müddət 20 dəqiqədir. Massajdan əvvəl üz üçün yağ və ya kremdən istifadə etməklə masajın effektini gücləndirmək olar. Konkret nahiyələrin massajı: Alın – massajı burun çəpərindən başlayın, barmaqlarınızın dairəvi hərəkətlərini gicgahlara və qulaqların arxa hissəsinə doğru yönəldin. Yanaqlar – massajı yanaqlardan başlayın, barmaqlarınızın dairəvi hərəkətlərini sifətin sümüklərinə və gicgahların yuxarı hissəsinə doğru yönəldin, sonra hərəkətləri burun dəliklərindən sifətin sümüklərinin aşağı hissəsinə və qulaqlara doğru yönəldin. Çənə – massajı çənənin ucundan başlayın və barmaqlarınızın dairəvi hərəkətlərini çənənin künclərinə və qulaqların aşağı hissəsinə doğru yönəldin. Boyun – boyunu massaj edərkən barmaqlarınızı körpücük sümüklərindən yuxarıya doğru hərəkət etdirin. 

 

KOD: 162026


9.70   AZN

Say:


Oxşar mallar
Axtar

Qiymət :

Ətraflı axtarış

Hədiyyə dəstləri

Bütün hədiyyə dəstləri

Çatdırılma

Çatdırılma müddəti:
3 - 24 saat ərzində

Çatdırılma vaxtı:
Sizin üçün rahat vaxtda

Çatdırılma qiyməti:
30 AZN-dək - 1 AZN
30 AZN-dən - PULSUZ

Çatdırılma şərtləri

Manufaktura haqqında


Mal səbətə əlavə olunub.